Vergi xidmətləri
Dünyanın harasında iş görürüksə, həmişə vergi ilə üzləşirik. Bu gün verdiyiniz qərarlar gələcəkdə vergi yükünüzün ağırlığını müəyyən edə bilər.
Dünyanın bütün ölkələrində olduğu kimi ölkəmizdə də vergi, maliyyə və mühasibat uçotu ilə bağlı qanunların davamlı olaraq dəyişən xarakterinə görə vergi qanunvericiliyinin hər zamankindən daha mürəkkəbləşməsi şirkətlərin daha proaktiv vergi planlaşdırma həllərinə ehtiyac duymasına səbəb olmuşdur.
Moore Azerbaijan müştərilərinə onların dəyəri hesab etdikləri vergilər üçün konkret həllər tapmaq, milli və qlobal perspektiv və yanaşmaları ilə dəstək verməklə təkcə qısamüddətli deyil, həm də uzunmüddətli əsasda vergi səmərəliliyini təmin edir. Yadda saxlamaq lazımdır ki, şirkətlər mənfəət, investisiya və məşğulluq şəklində yaxşı hazırlanmış vergi planlaşdırma strategiyalarının bəhrəsini ala bilərlər.
