HAQIMIZDA
Moore Azərbaycan haqqında
Moore Azərbaycan dünya üzrə 119 ölkədə, 568 ofisdə fəaliyyət göstərən, 234 müstəqil üzv şirkəti və 37 054 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,1 milyard ABŞ dolları təşkil edən Moore Global beynəlxalq mühasibatlıq və məsləhət xidmətləri şəbəkəsinin müstəqil üzv şirkətidir.
2001-ci ildə fəaliyyətə başlayan Moore Azərbaycan şirkəti Azərbaycanda audit və məsləhət xidmətləri bazarında formalaşmış peşəkar təcrübəsi və beynəlxalq əlaqələri ilə seçilən şirkətlərdən biridir. Fəaliyyət göstərdiyi müddət ərzində şirkət yerli bazar üzrə bilik və təcrübəsini Moore Global beynəlxalq şəbəkəsinin imkanları ilə birləşdirərək etibarlı biznes tərəfdaşı kimi mövqeyini möhkəmləndirmişdir.
Bu gün Moore Azərbaycan müxtəlif sənaye və iqtisadiyyat sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq müştərilərə audit, vergi, mühasibat uçotu, autsorsinq, hüquqi və korporativ dəstək, biznes və idarəetmə üzrə məsləhət, qiymətləndirmə, eləcə də texnologiya və daxili nəzarət sahələrində peşəkar xidmətlər göstərir.
Müştərilərə təqdim edilən xidmətlər yerli bazar üzrə dərin biliklərə, beynəlxalq təcrübəyə və Moore Global şəbəkəsinin imkanlarına əsaslanır. Müştərilərin ehtiyaclarına uyğun fərdi yanaşma və tərəfdaşların birbaşa iştirakı ilə yüksək keyfiyyətli, praktik və etibarlı həllər təqdim edilir.
Şirkətin fəaliyyətinin əsasını hər bir müştəriyə fərdi yanaşma və tərəfdaşların birbaşa iştirakı ilə göstərilən xidmətlər təşkil edir. Müştərilərin fəaliyyət xüsusiyyətlərini, strateji prioritetlərini və Azərbaycan biznes mühitinin spesifikasını dərindən öyrənərək onların ehtiyaclarına uyğun həllər hazırlanır. Beynəlxalq təcrübə və ixtisaslaşmış biliklər tələb olunduqda isə müştərilər Moore Global şəbəkəsinin müvafiq sahələr üzrə mütəxəssisləri ilə əlaqələndirilərək yerli və beynəlxalq təcrübənin üstünlüklərindən faydalanmaları təmin edilir.

KOMANDAMIZ
Komandamız













