
Maıs Qurbanov
Vergi və mühasibat xidmətləri, köməkçi menecer
Mais Moore Azerbaijan-da Vergi və Mühasibatlıq Xidmətləri Departamentinin köməkçi meneceridir və vergi məsləhəti, mühasibatlıq, vergi uyğunluğun təmin edilməsi və əməliyyatlarla bağlı vergi xidmətləri üzrə ixtisaslaşmışdır. O, korporativ müştərilərə, dövlət qurumlarına və beynəlxalq təşkilatlara öz fəaliyyətləri və əməliyyatlarının vergi təsirlərini qiymətləndirməkdə, eləcə də tətbiq olunan vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsində kömək göstərir.
Vergilər, mühasibatlıq və maliyyə hesabatlılığı sahəsindəki təcrübəsindən istifadə edən Mais vergi planlaşdırılması, uyğunluq və vergi nəzarəti ilə bağlı kommersiya yönümlü məsləhətlər verir. Onun vəzifələrinə vergi analizlərinin hazırlanması, potensial vergi risklərinin müəyyənləşdirilməsi və müvafiq qanunvericilik çərçivəsində müştərilərə vergi mövqelərini optimallaşdırmaqda kömək etmək daxildir.
O, vergi məsləhəti və planlaşdırma, vergi uyğunluğun və yoxlamaların aparılması, eləcə də biznes əməliyyatları ilə bağlı vergi məsləhətləri sahəsində ixtisaslaşmışdır. O, azərbaycan, ingilis və türk dillərini mükəmməl bilir.




