Giriş

Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) tətbiqi üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclasının iştirakçıları ortamüddətli perspektiv üçün MHŞT hesabatları üçün müstəqil inzibatçı (audit) şirkəti seçiblər.
Qrupun Katibliyinin fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) xəbər verir ki, auditor vəzifəsinə Mur Stiven seçilib.
“O, 2015, 2016, 2017-ci illəri əhatə edən MHŞT hesabatlarının (20, 21, 22-ci MHŞT hesabatı) auditini aparacaq”, - deyə ARDNF-dən bildirilib.
Bundan əlavə, ÇQ iclası zamanı Beyker və MakKenzi hasilat sektorunda Benefisiar Mülkiyyət haqqında məlumatların açıqlanması üçün Yol Xəritəsinin hazırlanması üzrə hüquqi və məsləhət xidmətləri göstərmək üçün seçilmişlər.
Mənbə: abc.az