22 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) hesabatı ilə bağlı seminar keçirilib. 

Məlumata görə, tədbirin əsas məqsədi yeni başlayan 2015-ci il MHŞT hesabat dövrü ərzində məlumatların keyfiyyətinin yüksəldilməsi və uyğunsuzluqların sayının azaldılması olub. 
Seminarda hökumət, şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri və QHT Koalisiyasının üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycan MHŞT Katibliyinin nümayəndələri Peruda 2016-cı ildə yenilənmiş MHŞT Standartında əsas dəyişikliklər, 2015-ci il üzrə MHŞT Hesabatını hazırlayacaq “Moore Stephens” audit şirkətinin nümayəndəsi son hesabat dövründə buraxılmış səhvlərin təhlili və növbəti hesabat dövrü üçün nəzərə alınacaq məsələləri təqdim ediblər.
 
QHT Koalisiyasının üzvləri MHŞT-də vətəndaş cəmiyyətinin ümumi rolundan, QHT-lərlə şirkətlər arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıblar. Seminar interaktiv metodlar və sual-cavab sessiyaları əsasında aparılıb.

Mənbə: REPORT.AZ